• $
  • €
  • ₽
  • ₺
  • £

“Ulu Öndər Heydər Əliyevin izi ilə” turunun təqdimatı keçirilib

“Ulu Öndər Heydər Əliyevin izi ilə” turunun təqdimatı keçirilib
25.12.2023 15:56
25 dekabr tarixində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq media və turizm sənayesi nümayəndələrinin iştirakı ilə "Ulu Öndər Heydər Əliyevin izi ilə” turunun təqdimatı keçirilib.


Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Azərbaycanda turizmin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və onun siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib. 


Kənan Quluzadə "Heydər Əliyevin izi ilə" turunun turizm məhsullarının şaxələndirməsində töhfəsini diqqətə çatdırıb. 


Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Pənah Mehdiyev öz növbəsində Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti və muxtar respublikanın inkişafı istiqamətində gördüyü işlərdən bəhs edib.


Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na əsasən turizmin prioritet sahələrdən biri olduğunu qeyd edib. 
Bu turun turizmin inkişafına öz töhfəsini verəcəyini və Ümummili Lider Heydər Əliyev irsini dərindən öyrənmək istəyənlər üçün mühüm mənbə olacağını bildirib.


Təqdimatda turun Ulu Öndərin Naxçıvanda qorunmasına xüsusi diqqət ayırdığı tarix və mədəniyyət abidələrini, həyat və fəaliyyəti ilə əlaqəli, eləcə də onun xatirələrinin yaşadıldığı məkanları əhatə etməsi haqqında məlumat verilib. 


Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsi Fuad Nəcəfli ilə media nümayəndələrinin görüşü təşkil edilib. 


Səfər çərçivəsində media və sənaye nümayəndələri üçün Ümummilli Liderin təşəbbüsü ilə 1982-ci ildə Sibirdən gətirilərək doğma vətənində dəfn edilən və qəbri üzərində xatirə abidəsinin ucaldıldığı böyük Azərbaycan şair və dramaturqu Hüseyn Cavid məqbərəsinə, hazırda Bəhruz Kəngərli Muzeyi kimi fəaliyyət göstərən Heydər Əliyevin 1938-1939-cu illərdə təhsil aldığı Pedaqoji Texnikumun binasına, hazırda Naxçıvan Turizm İnformasiya Mərkəzi kimi fəaliyyət göstərən, tarixən Zaviyə-Mədrəsə binası kimi tanınan,  Ümummilli Liderin 1930-cu illərdə şahmat, musiqi və dram dərnəklərinin üzvü olduğu Naxçıvan Şəhər Pionerlər Evinin binasına, Ulu Öndər Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə abadlıq və yenidənqurma işlərinin aparıldığı "Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksinə, Ümummilli Liderin  təşəbbüsü ilə 1977-ci ildə "qoruq-şəhər" elan edilmiş Ordubad şəhərinə, o cümlədən "Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə, Naxçıvan Dövlət Milli Dram Teatrına tanışlıq turu təşkil edilib.


İki günlük proqram qeyd olunan məkanlardan əlavə Heydər Əliyev Muzeyini,  "Əlincəqala” tarixi abidəsini, "Qeysəriyyə” binasını və Ordubad Cümə məscidi də daxil olmaqla Naxçıvan, Culfa və Odubad şəhərlərində olan əsas tarixi məkanları əhatə edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol