• $
  • €
  • ₽
  • ₺
  • £

On bir ayda 178 şəxsə bəraət verilib

On bir ayda 178 şəxsə bəraət verilib
29.12.2023 08:52
2023-cü ilin yanvar-noyabrında 143 iş üzrə 178 şəxsə bəraət verilib.  Bunu Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov deyib.

"2023-cü ilin son 11 ayında dövlət ittihamçılarının iştirakı ilə birinci instansiya məhkəmələrində baxılan cinayət işlərindən 12434 cinayət işi üzrə 13715 cinayət törətmiş şəxs barəsində - təqsirliliyi sübuta yetirilməklə ittiham hökmü çıxarılaraq cəza təyin edilib, bununla yanaşı 143 iş üzrə 178 şəxs barəsində bəraət verilib" , -  o, dekabrın 27-də "Vəki günü” peşə bayramı ilə bağlı təntənəli mərasimində jurnalistlərə açıqlamasında qeyd edib.
 
Onun sözlərinə görə,prokurluqda son illər aktiv olaraq ittihamdan imtina etmə institutundan da aktiv istifadə olunur.
 
"Cari ilin 11 ayında dövlət ittihamçıları özləri 3 şəxs barəsində ittihamdan imtina etiblər”, -Məmmədov söyləyib.
 
Məmmədov qeyd edib ki, məhkəmə-hüquq sistemində aparılan islahatlar nəticəsində vəkillərin öz peşəkar fəaliyyətini həyata keçirməsi üçün çəkişmə prinsipi və tərəflərə bərabər imkanlar prinsipinin təmin edilməsi müsbət təsirlərini göstərib.
 
"Əldə olunan nailiyyətlər gələcəkdə vəkilliyin daha da güclənməsinə və ona olan etimadın yüksəldilməsinə töhfə verəcəkdir”, - vurğulayıb.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı təxminən 135 min şəxsə tətbiq edilib, 32 mindən çox məhkum cəzaçəkmə müəssisələrindən azad olunub.
 
Aygün

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol