Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir- Baş prokuror
09.01.2024 12:36
Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir. Bunu jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.
"İlkin məlumatlara görə, yanğında ölən uşaqlar yanıq xəsarətləri alıblar. Ekspertizanın rəyindən sonra onların ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu bəlli olacaq”, - baş prokuror qeyd edib.