• $
  • €
  • ₽
  • ₺
  • £

Perinatal Mərkəzində yanğınla bağlı xəstəxananın 3 vəzifəlisi həbs edilib

Perinatal Mərkəzində yanğınla bağlı xəstəxananın 3 vəzifəlisi həbs edilib
10.01.2024 17:33
"Respublika Perinatal Mərkəzi”də baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə Baş Prokurorluğun açıqlamasında qeyd olunub. 

"Toplanmış sübutlarla Mərkəzin direktoru Mehriban Abasquliyeva tərəfindən müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmaması, hadisənin baş verdiyi Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında tibbi avadanlıqların düzgün istismar olunmaması, palatada normadan artıq tibbi avadanlıqların istifadə edilməsi, habelə elektrik qidalandırıcılarda əvvəlki günlərdən yaranmış nasazlığın vaxtında aradan qaldırılmasını təmin etməməsinə əsaslı şübhələr müəyyən edilib", - məlumatda deyilir. 


Həmçinin, istintaqla Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin yanğın təhlükəsizliyinin təmin edilməsinə dair qaydaları pozmaları nəticəsində müəssisədə standartlara uyğun olmayan elektrik cihazlarından istifadə edilməsi, habelə istismara yararsız olan və qəza törədə bilən elektrik cihazlarındakı nöqsanların vaxtında aradan qaldırılmaması, bundan başqa çoxsaylı tibbi avadanlıqların elektrik xəttlərinin gücü və dözümlülüyü nəzərə alınmadan davamlı və nizamsız şəkildə xəstələrin müalicə alındığı palatalarda yerləşdirilməsi və istismarına əsaslı şübhələr müəyyən edilib. 


İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.


Hazırda təqsirləndirilən şəxslərin digər qanunazidd əməllərinin, iş üzrə qanun pozuntularına yol vermiş digər şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, habelə bu kimi yanğının baş verməsinin səbəb və şəraitinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Təbriz” MTK  172 vətəndaşa 14 milyon manatlıq zərər vurub
Cəmiyyət 14:34
“Təbriz” MTK 172 vətəndaşa 14 milyon manatlıq zərər vurub
“Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilib
Cəmiyyət 13:20
“Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilib
Sertifikasiyadan keçməyən müəllimlərə dəstək verilməlidir - deputat
Cəmiyyət 12:59
Sertifikasiyadan keçməyən müəllimlərə dəstək verilməlidir - deputat
Ötən ay 74 şəxs Azərbaycana readmissiya edilib
Cəmiyyət 12:37
Ötən ay 74 şəxs Azərbaycana readmissiya edilib
Dövlət Qulluğu Məcəlləsi qüvvəyə minib
Cəmiyyət 12:35
Dövlət Qulluğu Məcəlləsi qüvvəyə minib
Bakıda güclü külək 32 ağacı sındırıb, 36 ağacın budaqları qırılıb
Cəmiyyət 09:58
Bakıda güclü külək 32 ağacı sındırıb, 36 ağacın budaqları qırılıb
İran vətəndaşı Azərbaycana narkotik keçirməyə cəhd edərkən saxlanılıb
Cəmiyyət 09:25
İran vətəndaşı Azərbaycana narkotik keçirməyə cəhd edərkən saxlanılıb
FHN ötən həftə 61 nəfəri xilas edib, 6 nəfərin meyitini təhvil verib
Cəmiyyət 09:19
FHN ötən həftə 61 nəfəri xilas edib, 6 nəfərin meyitini təhvil verib
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Cəmiyyət 22:58
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol