• $
  • €
  • ₽
  • ₺
  • £

Pomidordan koronavirus əlehinə vaksin hazırlanıb

Pomidordan koronavirus əlehinə vaksin hazırlanıb
11.01.2024 14:32
COVİD-19 əleyhinə pomidordan "Tomovac" vaksini yaradılıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilib. 

Məlumata görə, şiddətli kəskin respirator sindromlu koronavirus 2 ( SARS-CoV-2 ) əleyhinə iki qatlı qorunma təmin edən bitki əsaslı yeməli vaksinlər hazırda istifadə olunan parenteral tipli vaksinləri üstələyir və əsasən sistemli immun reaksiyaya səbəb olur.
 
"Burada biz SARS-COV-2- nin antigen S1 zülalını stabil şəkildə sintez edərək transgen pomidor genotipini (TOMOVAC) tərtib etməyi seçdik. ≈5.4 µg/ml TOMAVAC ilə siçanların iki kurslu aralıqlı məcburi qidalanması qan zərdablarında RBD spesifik NAb sintezini 16 dəfə artırıb. "TOMAVAC" tərəfindən törədilən NAb-lar surroqat virus zərərsizləşdirmə testində 15-25% virus zərərsizləşdirici fəaliyyət göstərib”, - məlumatda qeyd olunub.
 
Nəticələr əsasında "TOMAVAC"-ın COVID-19 infeksiyasına qarşı immunogenliyi və qoruyuculuğunun olduğu sübut edilib.
 
"İlk günə nisbətən könüllülərin zərdabında NAb- lərdə həftəlik statistik əhəmiyyətli 1,2 dəfə (ortalama +42,28 BAU/ml) artımın müsbət tendensiyasını müşahidə etdik . TOMAVAC-ın təhlükəsizliyini dəstəkləyən ciddi əlavə təsirlər müşahidə edilməyib . TOMAVAC SARS-CoV-2-yə qarşı iki qatlı müdafiəni təmin edən, sərfəli , ekoloji cəhətdən təmiz və geniş tətbiq oluna bilən yeni nəsil COVID-19 peyvəndi olmalıdır”, - nəticələrdə öz əksini tapıb.
 
Bu günə qədər COVİD-19 əleyhinə "Pfizer-BioNTech, MRNA-1273, AZD1222 və yaxud Vakszevria, Спутник V, BBIBP-CorV, CoronaVac və ya Sinovac, Ad5-nCoV, EpiVacCorona, BBV152, AstraZeneca” peyvəndləri hazırlanıb. Azərbaycan Sinovac, Pfizer-BioNTech, AstraZeneca və Sputnik V vaksinlərindən istifadə edib.
 
2019-cu ilin dekabrında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başlayıb, daha sonra bu virus sürətlə yayılmağa başlayıb. 
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
 
Azərbaycanda pandemiya 2020-ci ilin fevralında təsdiqlənib. COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilib.

Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhədlər 3 ildir ki, bağlıdır.
 
27 fevral 2020-ci il tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb.
 
Aygün Mirakif

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol