Bakıda güllələnmə hadisəsi olub

Yanvarın 16-da Səbail ərazisində qadın güllələnib. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
"Qadın xəstəxanaya yerləşdirilib. Araşdırmalarla Bərdə rayon sakini Rəşad Əsədzadənin xuliqanlıq zəminində tüfəngdən atəş açaraq Abşeron sakini olan qadının qol nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə R.Əsədzadə saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş "İJ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır", - məlumatda deyilir.
www.anews.az
























