Batumi-İstanbul reysi bomba xəbərinə görə təxirə salınıb

Batumi-İstanbul reysi Batumi Beynəlxalq Hava Limanının binasına bomba qoyulması barədə anonim xəbərə görə iki saat gecikib.
Bu barədə ölkənin "Birinci Kanal”ı TAV Georgia hava limanlarını idarə edən şirkətə istinadən məlumat yayıb.
Şirkətdən verilən məlumata görə, Tbilisi vaxtı ilə saat 17:40-da uçmalı olan reys yalnız saat 19:40-da uçub.
www.anews.az
























