• $
  • €
  • ₽
  • ₺
  • £

Ailə məişət problemləri ilə bağlı xəbərlərin yazılışı zamanı qadağalara ehtiyac var - TƏKLİF

Ailə məişət problemləri ilə bağlı xəbərlərin yazılışı zamanı qadağalara ehtiyac var  - TƏKLİF
23.01.2024 13:16
Ailə-məişət məsələləri, habelə şəxsi toxunulmazlıqla  bağlı bəzi mövzuların işıqlandırılması zamanı mətbuata müəyyən qadağalar qoyulmalıdır. Bunu deputat Könül Nurullayeva  Anews.az-a açıqlamasında bildirib.  
 
"Bir müddət öncə intihar xəbərləri də mətbuatda çox yer alırdı. Amma sonra bunu səhv olduğunu anlayaraq bu kimi məlumatların yayılmasına məhdudiyyətlər qoyuldu. Çünki əks təbliğat təbliğat yaradırdı. Eynilə  ailə məişət məsələləri, şəxsi toxunulmazlıqla bağlı məsələlərin işıqlandırılması zamanı da müəyyən qadağaların tətbiqinin tərəfdarıyam. Bu kimi hadisələr barədə məlumatlar yazılarkən insanların sifəti göstərilməməli, adları açıqlanmamalıdır.  Çünki yazılan xəbərlər, məlumatlar daha sonra həmin insanların həyatına mənfi təsir edə bilər. Əgər Ailə məişət zəminində hər hansı hadisə baş veribsə bununla yerli hakimiyyət orqanları, polis məşğul olur, media isə ad  çəkmədən bu olaylar barədə məlumat verməlidiri”, - Nurullayeva bildirib.   
 
Ailə-məişət məsələləri ilə bağlı  mövzuların mediada işıqlandırılması zamanı müəyyət etik qaydalara riayət olunması məsələsi Milli Məcliisn  Ailə , qadın və uşaq komitəsinin bu günkü toplantsında da müzakirə mövzusu olub. 

Komitə sədri Hicran Hüseynova bildirib ki, ailə məişət zəmininda baş verən hadisələrlə bağlı  materiallar yazarkən anonimliyə riayət edilməlidir. 

"Kanalların çoxu özəldir. Amma bu cür halların olması yaxşı hal deyil. Biz İnsan Hüquqları komitəsi ilə birgə mətbuat işçiləri ilə  bu istiqamətdə görüş keçirə bilərik”, - Hüseynova vurğulayıb.

Media eksperti, hüqüqşünas Ələsgər Məmmədlinin fikrincə,  istənilən şəxsi qəsdən döymək, yaralamaq, işgəncə vermək kimi faktlar ictimai əhəmiyyət daşıdığı üçün şəxsi həyat sirri sayılmır.
 
"Qanunvericilikdə iki önəmli məqam var ki, bu jurnalistikada pozulur. Birincisi 18 yaşından aşağı şəxsin  zərər gördü və zərər verdi deyib şəxsiyyətini açıqlamaq olmaz. Onun mətbuatda adını şəklini göstərmək olmaz. Zərərçəkən şəxsin yaşı 20-30 olarsa belə yenə də onun haqqında şəxsi məlumatın paylaşılması qadağandır. Hadisənin gizlədilməsi yox, şəxsi məlumatları mediada açıq şəkildə olmaması vacibdir.  Bu cür hadiələr mətbuata çıxanda təbliğ olmur, əksinə qınaq olur. Sadəcə səbəb-nəticə bağı düzgün qurulmayıb. Hadisənin özünü gizlətmək və qorumaq bu anormallıqdır", - Məmmədli bildirib. 
 
O, əlavə qadağaların qoyulmasını lüzumsuz görür . Çünki bu məsələlər "Şəxsi toxunulmazlıq haqqında qanun" və Konstitusiyanın 32-ci maddəsi ilə təsbit olunur. 

Gülnar Nazimqızı

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol