• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblərdə fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirilib

Məktəblərdə fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirilib
23.01.2024 19:50
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə nazirliydəb xəbər verilib.
 
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən 18 nömrəli Bakı Peşə liseyində, Sabunçu rayon 94 nömrəli, Yasamal rayon 52 nömrəli və 161 nömrəli tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu, Xırdalan şəhər 4 nömrəli tam orta məktəbində və Sumqayıt şəhərində yerləşən "İdrak” liseyində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyində və M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən "Aztelekom” MMC-nin "Dağlıq Şirvan” Regional Filialının Qəbələ şöbəsində və İsmayıllı Regional Poçt Filialının Qəbələ Müştəri Xidmətləri şöbəsində, Muğan Regional Mərkəzi tərəfindən S.Cəbrayılov adına Salyan Peşə liseyində, Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi şəhər 3 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən isə Goranboy rayon Qaraçinar kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in "112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol