Çex Respublikası azərbaycanlı kriminal avtoriteti ABŞ-yə ekstradisiya edib

Kriminal avtoritet Polad Ömərov ABŞ-yə ekstradisiya edilib.
Bu barədə Reuters məlumat yayıb.
2022-ci ildə Vaşinqton Azərbaycan əsilli Gürcüstan vətəndaşı Polad Ömərovu və daha iki nəfəri ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejada sui-qəsddə ittiham etmişdi.
Beynəlxlaq axtarışa verilən Polad Ömərov 2023-cü ilin yanvarında Çex Respublikasında order əsasında həbs edilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























