• $
  • €
  • ₽
  • ₺
  • £

Qazi əlillik ala bilmədiyi üçün intihara cəhd edib

Qazi əlillik ala bilmədiyi üçün intihara cəhd edib
29.02.2024 16:58
İkinci Qarabağ savaşında qazi olmuş Murad Bədəlzadə əlilliyinin təyin etdirə bilmədiyi üçün intihara cəhd edib. Bu barədə onun yaxını kimi təqdim edən Ceyran Həsənova sosial şəbəkə hesabında yazıb.
 
Məlumata görə, müharibə başlanan ilk gündən Murad könüllü olaraq cəbhəyə gedib. Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.
 
"Murad piyada qoşunlarında atıcı olub. Müharibənin bitməyinə sayılı günlər qalmış Xocavənddə 631-ci yüksəklikdə yaralanıb, kəllə-beyin travması alıb. Muradın 25 yaşı var. O, 80 manat pensiya alır, ona əlillik statusu verilmir. Maraqlıdır ki, kəllə beyin travması alsa da, EEQ aparatı onun sağlam olduğunu "göstərir". Kiminsə ona maddi yardım etməsini istəmir, öz haqqını tələb edir", - paylaşmda qeyd olunub.
 
Məsələ ilə bağlı Murad Bədəlzadə ilə əlaqə saxladıq. O bildirdi ki, vəziyyəti hazırda sabitdir.
 
"Hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasında mənə sistem köçürülür. Nazirlikdən üç dəfə imtina gəlib. Dözə bilmədim və intihar etdim. Bundan əvvəldə qollarımı kəsərək,  intihara cəhd etmişəm. Mənə şəxsiyyət pozuntusu diaqnozu qoyulub. Lənkəran psixoloji mərkəzdə yatmışam. Başımdan yaralanmışam. Kağızım da var. F.7.1 , F.7.0, F.6.9, F.435, F.445 diaqnozları qoyulub. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən imtina cavabı gəlir",- qazi əlavə edib.
 
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov anews.az-a bildirib ki, Murad  Bədəlzadə 2024-cü ilin yanvarın 30-da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət edilərək əyani müayinə edilib.
 
"Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinəsi zamanı vətəndaşın sağlamlıq vəziyyətində əlillik təyinatına əsas  əlamətlər müşahidə edilməyib. Bu səbəbdən də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib",- Tural Qurbanov əlavə edib.

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məhəmməd açıqlamasında bildirir ki, vətəndaş Bədəlzadə Murad  Elşən oğlu psixatrik dərmanlardan zəhərlənərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Ona ilkin yardım olunub, palataya köçürülüb. Hazırda vəziyyəti stabildir.
 
Murad Bədəlzadə "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cəmiyyət 10:23
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol