• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Dövlət Universitetinin giriş və çıxışı dəyişdirilib

Bakı Dövlət Universitetinin giriş və çıxışı dəyişdirilib
24.02.2014 14:50

 Bakı Dövlət Universiteti gün ərzində ali məktəbin giriş-çıxışının tələbələr və müəllimlər üçün bağlanması məsələsinə aydınlıq gətirib.

BDU-nun inzibati-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı APA-ya açıqlamasında bildirib ki, universitetin yalnız Azərbaycan Milli Elmlər Akademiyası tərəfdən olan girişi təmir işləri ilə əlaqədar bağlanıb. Onun sözlərinə görə, qəbul edilən qərara əsasən, bundan sonra BDU-ya giriş Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfdən, çıxışlar isə Mətbuat prospekti tərəfdəki yuxarı qapılardan olsun: “Bununla da universitetdə hər hansı qarışıqlıq yaranmasın. Tələbələrin giriş-çıxışında hər zaman qarşı-qarşıya sıxıntı olurdu. Amma bu gündən giriş və çıxışların dəyişməsindən sonra heç bir gərginlik müşahidə olunmayıb. Hər kəs rahat şəkildə universitetə daxil olur, dərsləri bitəndən sonra çıxıb gedirlər”. N.Ramazanlı qeyd edib ki, Bakı Dövlət Universitetinin AMEA tərəfdən olan girişi orada  stadionun tikintisi və AMEA Mərkəzi Kitabxanasının açılışı ilə əlaqədar bağlanıb. Onun fikrincə, bəzi insanlarda belə bir ajiotaj yaranıb ki, universitetə yollar bağlanıb: “Bu gündən Bakı Dövlət Universitetinə giriş Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən, çıxış isə Mətbuat prospektinə yaxın yerlərdə yerləşən 2 qapıdan olacaq. Tələbələr də, müəllimlər də hər kəs vəsiqəsini göstərib ali məktəbə rahat şəkildə daxil ola biləcəklər”. Bu gün universitetdə hər hansı bir aksiyanın olması ilə bağlı vəziyyətə gəlincə, prorektor qeyd edib ki, elə bir şey yoxdur: “Hazırda qapıda 3-5 jurnalist var, onlar sadəcə dayanıb ətrafa baxırlar, insanların gediş-gəlişini, ümumi vəziyyəti çəkirlər. Normal bir vəziyyətdir, heç bir aksiya hiss olunmur”. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol