Sabiq deputat haqqında yeni cinayət işi açılıb

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev haqqında yeni cinayət işi açılıb.Bu barədə "Qafqazinfo” məlumat verir.
Hüseyn Abdullayev bundan əvvəl 6 il azadlıqdan məhrum edilmişdi. Həmin müddət gələn ay başa çatır. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yeni cinayət işinə görə onun haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.
www.anews.az
O, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir.
Məlumatı onun vəkili Rəsul Cəfərov "Qafqazinfo"ya təsdiq edib.
www.anews.az
























