Azərbaycanda professor müdafiə zamanı vəfat edib

Professor Bəhram Əliyev qəfil dünyasını dəyişib.Bu barədə sabiq təhsil naziri Misir Mərdanov məlumat yayıb.
O bildirib ki, hadisə martın 15-də adıçəkilən institutda müdafiə zamanı baş verib.
Mərhum professor 1952-ci ildə Gürcüstanın Qardabani rayonunda anadan olub. 2016-cı ildən indiyədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz kafedrasının müdiri vəzifəsində çalışırdı.
Bəhram Əliyev 2018-ci ilin oktyabr ayından həmin kafedranın professoru olub. Eyni zamanda, 2006-cı ildən indiyədək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda əvəzçiliklə baş elmi işçi vəzifəsində çalışıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























