Bakıda ali təhsil müəssisəsində ölüm
Bu gün Bakının nərimanov rayonunda ali təhsil müəssisəsində ölüm hadisəsi baş verib. Nərimanov rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, faciəli hadisə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında baş verib.Belə ki, universitetdə çalışan 1970-ci il təvəllüdlü Fuad Kamil oğlu Rzayev binanın dördüncü mərtəbəsindən yıxılıb. O, hadisə yerindəcə ölüb. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.Qeyd edək ki, Fuad Rzayev Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında laborant vəzifəsində çalışır.Faktla bağlı araşdırma aparılır.ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Cəmiyyət 21:30 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:05 Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 20:47 Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:36 Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 17:59 Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:19 Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 14:56 Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:13 Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək