• $
  • €
  • ₽
  • ₺
  • £

BDU-da tələbələrlə görüş keçirildi

BDU-da tələbələrlə görüş keçirildi
21.02.2014 15:08
 Bu gün Bakı Dövlət Universitetində Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının və təhsil nazirinin əmrlərinin icrası ilə bağlı tələbələrlə görüş keçirilib. APA-nın xəbərinə görə, görüşdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Yaqub Piriyev, təhsil nazirinin müşaviri İlham Pirməmmədov və digərləri iştirak edib. Universitetin rektoru Abel Məhərrəmov bildirib ki, yeni qaydalarda bir tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Onun sözlərinə görə, uğurla tədris alan və bütün tədris müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, 81 baldan az toplayan və akademik borcu olan tələbələr üçün isə ödənişli əsaslarla hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərtlə əlavə fənlər də seçməyə icazə verilir: “Bu halda əlavə fənlər üzrə ödənişin məbləği ixtisas üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü əlavə fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. Aydındır ki, bu halda təhsil haqqı dedikdə, tələbənin təhsil formasından asılı olaraq, müvafiq ixtisas üçün dövlət sifarişi və ya ödənişli təhsil üzrə müəyyən edilmiş illik təhsil haqqı nəzərdə tutulur”. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev vurğulayıb ki, tələbələr tədrislə bağlı bütün problemləri fakültə dekanları ilə müzakirə etməlidir. Onun sözlərinə görə, Təhsil Nazirliyi hər zaman tələbələrlə dialoqa getməyə hazırdır və bu dialoq sivil səviyyədə olmalıdır. Y.Piriyev 2009-cu ildən bütün ali məktəblərin kredit sisteminə keçdiyini vurğulayıb: “Nazirlər Kabinetinin müvafiq qərarında da çoxlu müsbət məsələlər var. Qərara əsasən, tələbələr davamiyyətə görə ali məktəbdən xarici olunmayacaq və ömrü boyu oxuya biləcəklər”. BDU-nun prorektoru İradə Əliyeva isə qeyd edib ki, hər bir semestrdə tələbənin seçdiyi fənlər üzrə ümumi kreditlərin sayı 30 kreditdən çox olmadıqda, hansı fənlərin seçilməsindən asılı olmayaraq, əlavə təhsil haqqı ödənilmir. Onun sözlərinə görə, təhsil haqqı ödəmək istəyən tələbə hər semestrdə yalnız 30 kredit götürməklə akademik borclarını ləğv edə bilər. Görüş zamanı Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Ramilə Kiçiyeva bu ilin yanvar ayında “Slavyan ölkələrinin tarixi” fənnindən imtahan verdiyi, lakin kəsildiyini, bunun əvəzində ondan 70 manat məbləğində rüşvət istənildiyini söyləyib. Onun sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinin müvafiq şöbələrində qəbulda olsa da, ona hər hansı cavab verilməyib.Məsələyə münasibət bildirən rektor Abel Məhərrəmov isə həmin tələbəni yaxşı tanıdığını deyib. Onun sözlərinə görə, həmin tələbə 4 illik tələbəlik dövründə 3 dəfə universitetdən xaric olunaraq yenidən bərpa olunub. Hər bir vasitə ilə ona köməklik edilib. Lakin həmin tələbənin bu qədər insan qarşısında belə fikirlər səsləndirməsi düzgü deyil. Ona görə də A.Məhhərəmov universitetin hüquqşünasına tapşırıb ki, tələbə böhtan atdığına və müəllimi şərlədiyinə görə onun işi məhkəməyə verilsin: “Universiteti hər dəli, ağılsız tələbə qarışdıra bilməz. Cəmiyyəti qoyun inkişaf etsin”. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cəmiyyət 10:23
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol