• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sabiq rektorun evini yandırdılar

Azərbaycanda sabiq rektorun evini yandırdılar
20.02.2014 14:58

Bu gün səhər saat 09.30 radələrində bir qrup şəxs Müəllimlər İnstitutunun Qazax rayon filialının sabiq rektoru İsa Veyisovun Qazax rayonu Daş Salahlı kəndindəki evini yandırıblar. 

Kənd sakinlərinin Modern.az-a verdikləri məlumata görə hadisə yerinə yanğınsöndürənlər cəlb olunsa da, yanğını söndürmək mümkün olmayıb. 

İkimərtəbəli evin demək olar ki, hər yeri yanıb. Sakinlərin dediyinə görə, keçmiş rektorun evini bir qrup Biləsuvar rayon sakini yandırıb. Səbəb kimi isə həmin insanlara İsa Veyisov rektor olduğu zaman saxta diplom verilməsidir. 

Qeyd edək ki, bundan öncə də İ.Veyisovun mənzilinə bir neçə dəfə müxtəlif rayonlardan gələn insanlar hücum edib, mənzili yandırmağa cəhd göstəriblər. Onu da bildirək ki, bu günkü yanğın zamanı evdə heç kəs olmayıb. Sakinlər bildirirlər ki, saxta diplomlar verdiyi insanların basqısından qorunmaq üçün İ.Veyisov bir neçə gün öncə Bakıya gəlib, paytaxtdakı mənzilindədir.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol