• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi rayonlara yeni hakimlər təyin edilib

Bəzi rayonlara yeni hakimlər təyin edilib
05.04.2024 12:19
Milli Məclis Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Aida Əli qızı və Gəncə Apellyasiya Məhkəməsinin hakimi (sədrin müavini) Mixtarov Teyyub Asif oğlu Ali Məhkəməyə hakim təyin olunmasını təsdiq edib. Bu barədə  Milli Məclisin bugünkü keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
 
Həmçinin Bakı İnzibati Məhkəməsinin hakimləri Elvin Əliyev və Mehriban Qarayeva, Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyev, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimləri Günel Abbasova və Səadət Səlimova, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səməd Cəfərov, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədov, Gəncə şəhər Məhkəməsinin hakimi (sədrin müavini) Tural Qocayev, Hacıqabul Rayon Məhkəməsinin sədri Zaur Hüseynov Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediliblər.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudov, Gəncə Şəhər Məhkəməsinin hakimi Mustafa Mustafyev, Yevlax Rayon Məhkəməsinin sədri Toğrul Əli Gəncə Apelyasiya Məhkəməsinin hakimi təyin ediləcəklər. Ədil Məmmədov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunub.

Göygöl Rayon Məhkəməsinin hakimi Əyyub Kərimov, Qəbələ Rayon Məhkəməsinin hakimi Elman İsayev, Zaqatala Rayon Məhkəməsinin hakimi Tural Həsənov Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin olunublar.

Füzuli Rayon Məhkəməsinin hakimi Yaşar Həşimov, Gəncə İnzibati Məhkəməsinin hakimi Fikrət Hüseynov, Masallı Rayon Məhkəməsinin hakimi Habil Bəhmənov, Şəki Rayon Məhkəməsinin hakimi Pərviz Hacıyev Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaqlar. Vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin sədr müavini Zaur Allahyarov, Şirvan Apellyasiya Məhkəməsinin hakimləri İlkin Abdullayev və Məhəmməd Bağırov vəzifələrindən azad ediliblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol