Fövqəladə hallar könüllüləri növbəti tədbirə cəlb ediliblər

Ölkəmizdə könüllü təşkilatlarının formalaşması və inkişafı istiqamətində görülən səmərəli işlərin nəticəsi kimi, artıq Fövqəladə Hallar Könüllüləri proqramı da formalaşıb. Bu barədə FHN məlumat yayıb.
Proqram çərçivəsində müvafiq biliklərə yiyələnmiş, faydalı təlim proqramlarında uğurla iştirak etmiş fövqəladə hallar könüllüləri müxtəlif tədbir və layihələrə cəlb edilir, onların öz bacarıqlarını reallaşdırması üçün lazımi şərait yaradılır.
www.anews.az
























