• $
  • €
  • ₽
  • ₺
  • £

Satınalmalarla bağlı məsələ illərdir qaldırılsa da həllini tapmır - Əli Məsimli

Satınalmalarla bağlı məsələ illərdir qaldırılsa da həllini tapmır - Əli Məsimli
08.04.2024 12:28
Dövlət satınalmaları ilə bağlı necə illərdir məsələ qaldırılsa da bu problem həll olunmur. Bunu deputat Əli Məsimli deyib. 
 
"Necə illərdir bununla bağlı deputatlar danışır, mediada işıqlanır. Bununla bağlı qanunvericilyə dəyişiklik edilib. Amma satınalmalarla bağlı problem illərdir qalır. Həll olunmur. Palata indiki reallıqlar şəraitində nə mümküdür onu da edir. Amma əlavə tədbirlərin görülməsinə ehtiyac var. Ayrıca necə illərdir vətəndaşlara dəymiş ziyan adiyyatı qurumlar tərəfindən hesablamalar aparılsa da onlara dəymiş ziyan ödənmir. Heç bilinmir də bu pul ayrılıb, yoxsa ayrılmayıb", - deputat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabatı təqdim edərkən deyib.  
 
Deputat Vahid Əhmədov da bildirib ki, satınalmalarla bağlı ciddi məsələ problem olaraq qalır.  
 
2023-cü il Milli Məclisdə "Dövlət satınalmaları haqqında” qanun qəbul edilib.  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli  deyib ki, bu qanun İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətləri artırılacaq.
 
 
Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol