Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa edib

Rusiyanın "Azimut” Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib.Bu barədə hava limanının Mətbuat Xidməti məlumat yayıb.
"Bakıya uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək: Həştərxana eniş - 08:35, Bakıya uçuş - 09:35. Bir istiqamətdə səyahət vaxtı - 1 saat 30 dəqiqədir”, - məlumatda bildirilir.
Fevral ayında şirkət səbəb göstərmədən Həştərxandan Bakıya birbaşa uçuşları dayandırmışdı.
www.anews.az
Son xəbərlər 
Daha çox 























