• $
  • €
  • ₽
  • ₺
  • £

Hacıbala Abutalıbov: “Sovetski”də heç bir tikinti işi aparılmayacaq”

Hacıbala Abutalıbov: “Sovetski”də heç bir tikinti işi aparılmayacaq”
18.02.2014 18:24

Bakının “Sovetski” kimi tanınan ərazisində yaşayan sakinlərin tələblərinə martın 3-də yazılı cavab veriləcək.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib.

 

O, sakinlərdən ibarət təşkilat komitəsinin üzvləri ilə görüş barədə də açıqlama verib: “Komitə üzvlərinin bizdən müəyyən xahişi oldu və yazılı şəkildə bizə təqdim olundu. Onlara bildirildi ki, martın 3-də həmin xahişlərin hamısına yazılı cavab veriləcək. Hansı vətəndaş cavabımızla razı olacaqsa, sözsüz ki, qanun çərçivəsində notarius və bank vasitəsilə pulunu alacaq. Kim ki razı olmayacaq, həmin sakinlərə fərdi yanaşılacaq, onun evi sökülməyəcək, orda istədiyi qədər yaşayacaq. Bununla belə, bizim son qərarımız martın 3-də olacaq və bu barədə əhali məlumatlandırılacaq”.

 

H.Abutalıov bildirib ki, hökumət sakinlərin indikindən daha yaxşı ərazidə və şəraitdə yaşamasına çalışır: “Həm də bu sahələr abadlaşdırılacaq, geniş yollar, gözəl istirahət zonaları salınacaq. Əmin edirəm ki, o ərazidə heç bir tikinti işləri aparılmayacaq”.

APA

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol