• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamalda daha bir qalmaqal

Yasamalda daha bir qalmaqal
18.02.2014 16:50

Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yaşayış binanın beş addımlığında tikintinin başlanması ilə bağlı gərginlik davam edir.

Bu gün həmin əraziyə polis qüvvələri göndərilib və camaatın etiraz etməsinə baxmayaraq, ərazi yenidən hasarlanmağa başlayıb. Təfərrüata keçməzdən əvvəl xatırladaq ki, AzNews.az-ın fevralın 13-də verdiyi məlumata görə, Yasamal rayonu, Yeni Yasamal 2, ev 1 ünvanında 9 mərtəbəli binanın qarşısında inşa işlərinin aparılması üçün ərazini hasara alıblar. Sakinlər bildirib ki, ərazidə yeni hündür mərtəbəli yaşayış binası tikilir ki, bu zaman da bütün tikinti qaydaları kobudcasına pozulur. Binanın bloku ilə yeni inşa edilən tikilinin arasında cəmi 6 metr məsafə var. Sakinlər deyib ki, hazırda hərəkət etmək mümkün deyil, bina tikildikdən sonra isə vəziyyət daha da dözülməz olacaq. Bununla əlaqədar sakinlərlə ərazini hasarlayan şirkətin əməkdaşları arasında mübahisə yaranıb. Tikinti şirkətinin nümayəndələri isə ərazinin Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ayrıldığını bildirərək, onları təhqir də ediblər. Həmin gün axşam saatlarında isə sakinlər rayon icra hakimiyyətinə yürüş ediblər. Burada onları icra hakimiyyəti başçısının müavini Səməd İslamov qəbul edərək, tikintidən xəbərsiz olduqlarını və onlar tərəfindən belə bir qərarın verilmədiyini deyib. Başçının müavini bildirib ki, səhər əraziyə baxış keçiriləcək və problem həllini tapacaq. Lakin səhər, yəni dünən əraziyə icra hakimiyyətinin nümayəndələri deyil, kran, bulduzer – qazıntı texnikaları gəlib və bünövrə qazıntısına işlərinə başlanılıb. Sakinlərin ciddi təzyiqindən sonra iş dayandırılıb və çəkilmiş hasar uçurulub. Növbəti gün isə əraziyə tikintini aparacaq işçilərlə polis əməkdaşları gəlib. Daha sonra isə polisin mühafizəsi ilə qazıntı işləri davam etdirilib. Bu isə adıçəkilən ünvandakı köhnə binanın sakinlərinin qəzəbinə səbəb olub. Vəziyyətin gərginliyini görən tikinti şirkətinin əməkdaşları işi saxlayıb. Polis isə ərazidən uzaqlaşıb. Bu gün isə nahardan sonra inşaat şirkətinin əməkdaşları polisin müşayiəti ilə yenidən əraziyə gəliblər. Polisin mühafizəsi altında tikinti aparan şirkət ərazini yenidən hasarlamağa başlayıb. Tikintiyə etiraz edən adıçəkilən ünvandakı binanın sakinlərinə isə sərt xəbərdarlıq edilib. Sakinlərə deyilib ki, burada tikinti aparacaq şirkət ərazidə inşaat işlərinin aparılması üçün Rayon İcra Hakimiyyətindən sərəncam alıb və hər hansı bir etirazın mənası yoxdur. Əks təqdirdə etiraz edənlər həbs olunacaq. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol