• $
  • €
  • ₽
  • ₺
  • £

Bazarstore – təltif edildi

Bazarstore – təltif edildi
01.05.2024 13:05
Bazarstore - Əməyin Mühafizəsi Günü ilə əlaqədar fəal əməkdaşlığa görə təltif edildi.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində "İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib.

Konfrans 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub.

Tədbirdə dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, əməkdaşlıq edilən ölkələrin nümayəndələri, sahibkarlar və digər şəxslər iştirak edib.

2024-cü il Azərbaycanda  "Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. 

İqlim dəyişikliyi əməyin mühafizəsinə müxtəlif yollarla təsir edir. 

Bu səbəbdən işçilərin sağlamlığı və təhlükəsizliyinin təmin olunması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlığa, həmçinin əməyin mühafizəsi ilə əlaqədar fəal əməkdaşlığa görə Bazarstore tədbirdə təltif edilib.

2011-ci ildə "Azərsun Holdinq”in tərkibində yaradılan "Bazarstore” davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidlilik və xidmətindən güzəştə getməyərək, 92 mağazası və 4000-ə yaxın çalışanı ilə xidmət göstərir. 

"Bazarstore” əsas prinsiplərində qeyd olunduğu kimi bu üstün xidmət üçün əl-ələ verib, birlikdə güclənməyin, inkişaf üçün davamlı çalışmağın, müştərini sərvəti bilib sözündə etibarlı olmağın və məsuliyyətinin fərqindədir. 

Bazarstore İctimaiyyətlə əlaqələr və Marketinq Departamenti, *1900, www.bazarstore.az, +99412 404 19 70-75 (dax: 4009)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol