• $
  • €
  • ₽
  • ₺
  • £

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
12.05.2024 15:43
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə bildirilir:
 
ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü yağış yağacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı gözlənilir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

"Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir", - nazirlikdən bildirilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol