• $
  • €
  • ₽
  • ₺
  • £

“28 May” stansiyasında eskalator təmir ediləcək

“28 May” stansiyasında eskalator təmir ediləcək
30.05.2024 13:24
İyunun 3-də "28 May” stansiyasının ikinci çıxışında 2010-cu ildən istismarda olan "ET-3M” tipli üç eskalatordan biri əsaslı təmirə dayandırılır. Bu barədə "Bakı Metropoliteni”ndən məlumat verilib.
 
Bildirilib ki,  "Bakı Metropoliteni” QSC-nin əsaslı təmir planına uyğun olaraq texniki tələblərə görə, bu tip eskalatorlar 150 min km qaçış məsafəsini qət etdikdən sonra əsaslı təmirə dayandırılır.

"Təmirlə əlaqədar eskalator qovşaq və hissələrinin təmiri üçün lazım olan mal-material, ehtiyat hissələri, tərtibat və alətlərlə təmin edilib. Təmir müddətində qaynaq işləri yalnız gecə növbəsində nəzarət altında yerinə yetiriləcək.

Təmir dövründə ilk olaraq sürahi elementlərinin söküntüsünü aparmaq üçün lent zolağının daraqdan darağa olan 71 metrlik hissəsindəki 392 pillə demontaj edilərək təftiş olunacaq. Təmir dövründə eskalatorun dartı zənciri, əyləc sisteminin elementləri, reduktor və mühərrik çıxarılaraq müayinə ediləcək.

Sonrakı mərhələdə markşeyderlər qrupu eskalatorda fermaların çökmə, mərkəzdən qaçma və digər parametrlərini ölçəcək. Təmir müddətində istismar müddəti başa çatmayan və yararlı hissələr təftiş edilməklə yenidən quraşdırılacaq. Texniki şərtlərin tələblərinə, habelə dəyişdirilməsi zəruri olan hissə və qovşaqlar ölçü və standartlara uyğun yeniləri ilə əvəz olunacaq. Təmir başa çatdırıldıqdan sonra diaqnostik müayinələr aparılacaq.

Qazan nəzarəti üzrə müfəttişliyin istismar tələblərinə və standartlara uyğunluğu qiymətləndirməsindən sonra nöqsan və qüsurlar olmazsa, eskalatorun istismara verilməsi ilə bağlı qərar qəbul ediləcək.

Təmir yeni tədris mövsümünə qədər başa çatdırılmalıdır. Həmçinin digər iki eskalatorun iş rejimi və daim nəzarət altında olması təmin ediləcək", - məlumatda qeyd olunub.

Bu tip eskalatorların istismar müddəti 40 ildir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol