Əli Əsədov Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşüb
30.05.2024 17:08
Azərbaycanın Baş naziri Əli Əsədov mayın 30-da Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıqhan ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.