Sabah bu küçədə hərəkət təmirlə bağlı məhdudlaşacaq

Sabah saat 08:00-dan etibarən Bakının Nərimanov rayonunun Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir ki, bununla bağlı işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək (yol bağlanmır).
www.anews.az
Son xəbərlər 
Daha çox 























