İki prokuror təqaüdə göndərilib

Baş Prokurorluğun 2 əməkdaşı - Azər Əsgərov və İlqar Ağamirov qulluqda olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. Onlar qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar Baş Prokurorluğun rəhbərliyi tərəfindən qəbul edilib.
Görüş zamanı Azər Əsgərov və İlqar Ağamirovun prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyəti, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlər qeyd edilib.
www.anews.az
Onlara baş prokuror tərəfindən verilmiş Fəxri fərmanlar təqdim edilib.
www.anews.az
























