• $
  • €
  • ₽
  • ₺
  • £

2024-cü ildə ölümcül istilər gözlənilir

2024-cü ildə ölümcül istilər gözlənilir
11.07.2024 16:04
2024-cü ilin yayına bir aydan az vaxt qalmış ABŞ əhalisinin böyük əksəriyyəti artıq həddindən artıq istilər yaşayır. Silikon Vadisində temperatur təhlükəli +53,9°-yə çatıb və Las-Veqas tarixi ən isti hava rekordunu (+48,9°) qırıb. "The Conversation” yazır ki, həddindən artıq istilər planetin bütün ölkələrinə təsir edir.

Avropa Birliyinin Copernicus iqlim xidmətinin məlumatına görə, son 13 ayın hər biri əvvəlki illərə nisbətən ən isti olub.  Əvvəlki 12 ayda orta temperatur da  sənayeləşməyə qədərki  hesab edilən 1850-1900-cü illərdəki orta temperaturdan ən azı 1,5 dərəcə yüksək olub. 

2024-cü ildə Şimali və Cənubi Amerika, Afrika, Avropa və Asiyanın bir sıra ölkələrində rekord istilər qeydə alınıb. Meksika və Mərkəzi Amerikada bir neçə həftə davam edən istilər uzun sürən quraqlıq ilə birlikdə ciddi su çatışmazlığına və onlarla insanın ölümünə səbəb olub.

Məkkəyə həcc ziyarəti zamanı 1000-dən çox insan Səudiyyə Ərəbistanında həddindən artıq istilərin olması səbəbindən ölüb. İyunun 17-də Məkkədə Məscidül-həramda  temperatur +51,8° olub.

Pakistanda son həftələ davam edən şiddətli istilər, tez-tez elektrik enerjisinin kəsilməsi və su çatışmazlığına, həmçinin xəstəxanalarda xəstə sıxlığının artmasına səbəb olub.  Qonşu Hindistanda aprel və mayda temperatur bir neçə gün ərzində +48,9° civarında olub və bu, milyonlarla insana təsir edib. Yunanıstanda havanın temperaturu +37,8°-ni keçib, nəticədə bir neçə turist ölüb. Yaponiyada da rekord temperatur qeydə alınır.

İsti dalğalar iqlimin təbii hissəsi olsa da, 2024-cü ildə onların şiddəti və miqyası sadəcə yayın gəlməsi ilə bağlı deyil. 

Son buz dövrünün zirvəsində, təxminən 20.000 il əvvəl, ABŞ-ın şimal-şərqi buz təbəqəsi altında olarkən, qlobal orta temperatur indikindən cəmi 6 dərəcə az olub.  Buna görə də təəccüblü deyil ki, 1,2 dərəcə istiləşmə artıq iqlimi sürətlə dəyişib.

Bu yay,  qeyd edilən ən isti yaylardan biri olsa da, onun gələcəkdə də ən soyuqlardan biri ola biləcəyini istisna etmir. 

Azyaşlılar, yaşlılar və açıq havada vaxt keçirən işçilər də daxil olmaqla, istiyə xüsusilə həssas olan qruplar üçün risk daha da yüksəkdir.

Həddindən artıq istilər iqtisadiyyata da təsir edə bilər. Dəmir yollarını zədələyə və naqillərin sallanmasına səbəb ola bilər. Həmçinin elektrik sistemləri həddən artıq yüklənə və insanların ən çox soyumağa ehtiyac duyduğu zaman elektrik kəsilməsinə səbəb ola bilər.

Keçən iyun tarixdə ən isti iyun ayı olub və 2024-cü il dünyanın ən isti iyunu ola bilər.

Elm adamları 2024-cü ilin 2023-cü ili ötməsi ehtimalının 95% olduğunu deyirlər. 
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol