İlham Əliyev qohum nigahları ilə bağlı qadağanı təsdiqləyib
23.07.2024 15:47
Prezident İlham Əliyev Ailə Məcəlləsinə qohum evliliyinə qadağa ilə bağlı edilən dəyişikliyi təsdiqləyib.
Həmin dəyişikliklərə görə, qardaş və bacıların, ümumi bioloji baba və nənəsi olan uşaqların, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nigahı qadağan olunub.