• $
  • €
  • ₽
  • ₺
  • £

113 Aptek rəhbərlərinə xəbərdarlıq edilib

113 Aptek rəhbərlərinə xəbərdarlıq edilib
23.07.2024 17:31
2024-cü ilin yanvar-iyun ayları ərzində ümumilikdə 154 aptekdə yoxlama keçirilib və 113 aptekin fəaliyyətində pozuntular aşkarlanıb.  Bu barədə  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, aparılan yoxlamalar zamanı xüsusi təyinatlı qida məhsulları (uşaq qidaları, diyetik qidalar və digər), təbii mineral sular və bioloji aktiv qida məhsullarının satışı həyata keçirilən apteklərdə bir sıra uyğunsuzluqlar aşkar edilib.

- 102 aptekdə sanitar norma və qaydalara əməl edilməməsi;
- 3 aptekin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi;
- 4 aptekdə ümumilikdə 5 adda 18 məhsulun idxal sağlamlıq aktının mövcud olmaması;
- 5 aptekdə ümumilikdə 8 adda 44 məhsulun üzərində müalicəvi xüsusiyyətlərə malik olması barədə məlumatların əks olunması;
- 9 aptekdə ümumilikdə 15 adda 32 məhsulun üzərində Azərbaycan dilində məlumatların əks olunmaması;
- 7 aptekdə ümumilikdə 18 adda yararlılıq müddəti bitmiş 32 bioloji aktiv qida məhsulunun satışı;
- 4 aptekdə ümumilikdə 4 adda 9 məhsulun istifadə qaydası və dozasının müvafiq rəyə və istifadənin yaş həddinə uyğun göstərilməməsi;
- 1 aptekdə 1 adda məhsulun içlik vərəqində, 1 aptekdə isə 2 adda 21 məhsulun qablaşdırmasında göstərilən yararlılıq müddətinin uyğun göstərilməməsi;
- 2 aptekdə ümumilikdə 2 adda 5 dərman vasitəsinin bioloji aktiv qida məhsulu kimi satışa təqdim edilməsi;
- 4 aptekdə ümumilikdə 47 adda 53 bioloji aktiv qida məhsulunun üzərində dərman vasitələrinə vurulan "Nəzarət markası" ilə markalanması və digər nöqsanlar.

Agentlik tərəfindən həyata keçirilən tədbirlərlə, ümumilikdə 113 aptekdə nöqsan aşkar edilib ki, onlardan 17-də məhsul satışının dayandırılması, 14-də məhsul satışının qadağan edilməsi, 3-də məhsulun dövriyyədən çıxarılması, 24-də iş personalının işdən kənarlaşdırılması və 1-də isə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərarlar verilib, həmçinin sözügedən müəssisələrin məsul şəxsləri barəsində inzibati tənbeh tədbiri görülüb. 41 aptekdə isə hər hansı uyğunsuzluq aşkar edilmədiyi üçün nəticə qənaətbəxş hesab olunub.

Həmçinin cari dövr ərzində apteklərdə keçirilən monitorinqlər zamanı 39 aptekdə bioloji aktiv qida məhsullarının onlar üçün ayrılan rəf və dolablarda dərman vasitələrindən ayrı saxlanılmadığı, həmin rəf və dolabların üzərində "Bioloji aktiv qida məhsulları” sözləri, onun alt hissəsində isə "Dərman vasitəsi deyildir” sözlərinin qeyd olunmadığı, 9-da Azərbaycan dilində markalanması olmayan və 1-də isə yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulları aşkar edilib.
Görülmüş tədbirlər çərçivəsində tələblərə uyğun olmayan məhsullar satışdan kənarlaşdırılıb, aptek rəhbərlərinə icrası məcburi göstərişlər verilib və qanunvericiliyin tələbləri bir daha izah olunub. Bundan başqa, 1 aptekdə bioloji aktiv qida məhsullarının həkim reseptinə yazılması faktı aşkar edilib ki, bununla bağlı müvafiq tədbir görülməsi üçün zəruri məlumatlar aidiyyəti üzrə göndərilib.

Agentlik tərəfindən aptek rəhbərlərinə mövcud tələbləri özündə əks etdirən xəbərdarlıq məktubları göndərilib.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol