Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Bakının Suraxanı və Binəqədi rayonları, eyni zamanda Sumqayıt şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
İyulun 24-ü saat 10:00-dan etibarən təmir işləri ilə əlaqədar olaraq qaz təchizatı "Bahar” QTM-dən dayandırılacaq. İşlər başa çatanadək Suraxanı rayonu, Bahar və Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Eyni zamanda təmir-bərpa işləri Binəqədi rayonu 7-ci mikrorayon Abay Kunanbayev küçəsində və Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində də görüləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























