• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyev prospektində tıxac azalacaq

Heydər Əliyev prospektində tıxac azalacaq
30.07.2024 18:58
Bu gündən "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) hərəkət edən müntəzəm marşrut avtobusları birbaşa Xəlil Rza Ulutürk küçəsindən Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən yolötürücünün üstündən geriyə dönərək, Heydər Əliyev prospekti, Qara Qarayev və Zabrat yoluna istiqamətlənir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, nəticədə Mərkəzdən Heydər Əliyev prospekti, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobuslarının dairəvi yol qovşağına kimi yürüş məsafəsi 900 m-ə kimi azalıb. Bir gedişə sərf olunan vaxt 7-8 dəqiqədən 3 dəqiqəyə düşüb. Sözügedən istiqamət üzrə 31 marşrut üzrə 300-dən çox avtobus sərnişinlərə xidmət göstərir. 

"Həyata keçirilən dəyişikliklər müntəzəm marşrut avtobuslarının hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına, sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin artırılmasına, atmosferə atılan karbon qazının səviyyəsi ilə yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradır.
Əvvəllər avtobuslar Heydər Əliyev prospektindən "Atletlər kəndi” boyunca dövrə vuraraq Ziya Bünyadov prospektinə istiqamətlənirdi. Avtobuslar "Koroğlu” NMM-dən Xəlil Rza Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi 1 800 metrdən çox məsafə qət edirdi.
Layihənin icrası nəticəsində 300-dən çox avtobusun Heydər Əliyev prospektinə daxil olmasının qarşısı alınacaq. Bu da öz növbəsində ərazidə sıxlığın azalmasına öz töhfəsini verəcək”, - qurumdan bildirilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol