• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in “Kitab Klubu” Gəncədə

Azercell-in “Kitab Klubu” Gəncədə
03.08.2024 11:41
Lider mobil operator uşaq evlərinin sakinlərində mütaliə vərdişləri formalaşdırır

"Azercell Telekom” MMC "Kitab Klubu” layihəsi çərçivəsində bölgələrdə yerləşən uşaq evlərinin sakinlərini ziyarət edir. Növbəti maarifləndirici tədbir Sosial Xidmətlər Agentliyinin Gəncə şəhərindəki 4 saylı uşaq evi sosial xidmət müəssisəsində tərbiyə alan uşaqlar üçün keçirilib. Görüş çərçivəsində balacalarda mütaliə mədəniyyətinin formalaşdırılması, nitq qabiliyyətinin inkişafı, ümumilikdə təhsilə həvəsin artırılmasına töhfə verən xüsusi proqram təşkil olunub.

Mütaliə saatında azyaşlılar Azərbaycan uşaq ədəbiyyatının parlaq nümunələri ilə tanış olub, maraqlı müzakirələrdə iştirak ediblər. Sonda Azercell tərəfindən uşaq evinin kiçik sakinlərinə hədiyyələr paylanılıb.

Lider mobil operator "Kitab Klubu” layihəsi əsnasında həm böyüklər, həm də balacalar üçün silsilə tədbirlərin keçirilməsini planlaşdırır. Xatırladaq ki, layihəyə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 3 saylı uşaq evi sosial xidmət müəssisəsinin uşaqları üçün həyata keçirilən tədbirdə start verilib.

Mədəni irsin qorunub saxlanmasına dəstək olan təşəbbüs və layihələrə xüsusi önəm verən Azercell bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol