Tbilisi məhkəməsi Əfqan Sadıqov haqda həbs qərarı verib

Azərbaycanlı jurnalist Əfqan Sadıqov Tbilisidə Gürcüstan daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
"Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova məlumat yayıb.
O, ölkədə olmadığından beynəlxalq axtarışa verilib. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qarşılıqlı əməkdaşlıq müqaviləsinə uyğun olaraq Əfqan Sadıqovun ölkəyə ekstradisiya edilməsi istənilib.
Bir qədər əvvəl Tbilisi məhkəməsi Ə.Sadıqov barəsində həbs qətimkan tədbiri seçib.
www.anews.az
























