• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda hava şəraiti dəyişib, arabir leysan yağış yağır

Azərbaycanda hava şəraiti dəyişib, arabir leysan  yağış yağır
15.08.2024 10:24
Avqustun 15-i saat 9:00-a olan məlumata əsasən Azərbaycanda hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Şamaxı, Kürdəmirdə 19 mm, Qəbələ, Oğuzda 11 mm, İsmayıllı, Xaltanda 7 mm, Goranboyda 6 mm, Göygöl, Naftalanda 5 mm, Altıağac, Quba, Xaçmaz, Şabran, Gədəbəy, Mingəçevir, Daşkəsən, Gəncə, Şəmkir, Xınalıq, Qrız, Şahdağ, Zərdab, Bərdə, Ağsu, Yevlax, Göyçay, Tərtər, Qusar, Qobustan, Şəkidə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 19 m/s, Beyləqanda 18 m/s, Şirvanda 15 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb.

"Avqustun 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, bölgələrdə isə 17-si gündüzədək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı -ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimalı var", - deyə məlumatda qeyd olunub.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol