• $
  • €
  • ₽
  • ₺
  • £

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb
16.08.2024 17:46
6 avqust tarixində peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsinin nəticələri açıqlanıb. Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqədə iştirak edən şəxslərin nəticələri portal.edu.az platformasındakı "şəxsi kabinet” bölümündə yerləşdirilib.

Həmçinin qeyd edilib ki, peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 17 avqust- 26 avqust tarixlərində (saat 17:00-dək) aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

2024/2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 27269 nəfərdən 87656 müraciət daxil olub. Alınan nəticələr bu ilki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 13 % çox olduğunu göstərir.


Peşə təhsil müəssisələrində boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 27 avqust- 3 sentyabr tarixlərində baş tutması planlaşdırılır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Zahid Oruc: Xarici aqronom və baytarların təcrübəsi yerli mütəxəssislərin bacarığına çevrilməlidir
Cəmiyyət 13:04
Zahid Oruc: Xarici aqronom və baytarların təcrübəsi yerli mütəxəssislərin bacarığına çevrilməlidir
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol