İki sayt rəhbəri həbs edilib

Vətəndaşları şantaj etməkdə şübhəli bilinən sayt rəhbərləri həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
"Turantv.az” rəhbəri Ramin Sadıqlı, "bölgeinfo” saytının təsisçi baş redaktoru Vüqar Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
Onlar 10-dan artıq vətəndaş barəsində rəhbərlik etdiyi saytlarda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə təqsirləndirilir. Daxil olan şikayətlər üzrə aparılan araşdırmalarla onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib