İmran Əliyevin həbs müddəti uzadılıb

Xətai Rayon Məhkəməsi "Məclis.info” saytının rəhbəri İmran Əliyev barəsində həbs qətimkna tədbirinin növbəti 3 ay müddətinə uzadıb.
Sayt rəhbəri aprelin 18-də hava limanında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bundan əvvəl Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə çağırıblar.
Gülnar
www.anews.az
























