• $
  • €
  • ₽
  • ₺
  • £

Taksi sürücüləri ilk dəfə imtahan verib

Taksi sürücüləri ilk dəfə imtahan verib
25.08.2024 17:10
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib.

Bu barədə DİM-dən bildirilib.

İmtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

İmtahanda iştirak etmək üçün 1434 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 1394 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1309 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
 
Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 26 – 27 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol