• $
  • €
  • ₽
  • ₺
  • £

Seçki ilə bağlı jurnalistlərdən Mətbuat Şurasına müraciət olubmu? - Açıqlama

Seçki ilə bağlı jurnalistlərdən Mətbuat Şurasına müraciət olubmu? - Açıqlama
01.09.2024 13:14
Mətbuat Şurasının "Qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat 08.00- dan başlayaraq jurnalistlərin ixtiyarındadır.Bu barədə Mətbuat Şurasından məlumat verilib.
 
Bildirilib ki, saat 13.00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən MŞ-nin telefon nömrələrinə hər hansı zəng olunmayıb.

"Qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki
Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün tədbirlər görüləcək.

Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxtdakı və bəlgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə edirlər. Hələlik MŞ sədri Rəşad Məcid 35 saylı Xətai üçüncü seçki dairəsinin 5-ci, 6-cı, 7-ci məntəqələrində, MŞ sədrinin müavini Səadət Məmmədova 118 saylı Ağdam-Xocalı seçki dairəsinin 32 saylı seçki məntəqəsində, İH üzvü Ceyhun Musaoğlu Abşeron rayonu 50 saylı üçüncü seçki dairəsinin 4 nömrəli məntəqəsində prosesi izləyiblər. Onlar hansısa pozuntu faktı aşkarlamayıblar.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol