• $
  • €
  • ₽
  • ₺
  • £

Gülər Əhmədova azadlığa çıxa bilər

Gülər Əhmədova azadlığa çıxa bilər
05.02.2014 14:00
Məhkəmənin hökmü ilə 3 il azadlıqdan məhrum edilən sabiq millət vəkili Gülər Əhmədova azadlığa çıxa bilər.Həbsə düşdüyü gündən qan təzyiqindən və digər xəstəliklərdən əziyyət çəkən eks-deputatın indi hər iki ayağının tutulmasını xatırladan vəkil Əfsər Talıbov müvəkkilinin baş ağrılarından şikayətçi olduğunu da deyib.“Belə olan halda Gülər Əhmədova azadlığa çıxa bilər. Belə ki, qanunla məhkum çox ciddi xəstəlikdən əziyyət çəkərsə, məhkəmənin qərarı ilə azadlığa çıxması mümkündür”, – deyə Ə.Talıblı Modern.az saytına bildirib. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyir ki, Səhiyyə Nazirliyinin müəyyən etdiyi xəstəliklərin siyahısı var. Həmin siyahıda olan xəstəliyə tutulmuş şəxs cəzadan azad edilə bilər.“Elə xəstəliklər var ki, sağalmaz sayılır və çox ağır xəstəliklər siyahısına daxildir. Bu siyahı açıq siyahıdır. Məsələn bura xərçəngin ağır forması və s. daxildir. Bunun üçün həkim komissiyası yaradılır. Komissiya rəy hazırlayır və məhkumun daşıdığı xəstəliklərin siyahısını tərtib edir. Son rəyə uyğun olaraq qərar qəbul olunur. Qoyulan diaqnozla Səhiyyə Nazirliyinin tərtib etdiyi siyahısındakı xəstəliklər üst-üstə düşərsə, o zaman məsuliyyətdən azad oluna bilər. Təbii ki, xəstəliyin adları uyğun gələ bilər, amma onun növləri də müxtəlif olur. Yəni diaqnoz siyahıdakı xəstəliklə uyğunlaşarsa, o zaman məhkumun azad olunması mümkündür”.Ə. Nuriyevin sözlərinə görə, tibbi komissiyanın rəyinə əsasən və məhkəmənin qərarına uyğun olaraq məhkum xəstəliyinə görə cəzadan azad edilir. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən ilin fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilərək 3 il müddətində azadlıqdan məhrum edilib.ANN.Az       
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol