• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur
12.09.2024 15:26
Azərbaycanın ən sürətlisi "Bakcell” 13-15 sentyabr tarixlərində keçiriləcək "Formula 1 Azərbaycan Qran Pri 2024”ün tədbir tərəfdaşıdır. Bununla bağlı "Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında  tədbir sponsorluğuna dair müqavilə imzalanıb.
 
Əməkdaşlıq çərçivəsində Qran Prinin Azneft tribunası "Bakcell” adlandırılıb. Tribuna ərazisində yerləşən istirahət və əyləncə zonasında qonaqlar "Bakcell”in ultrasürətli şəbəkəsini sınaqdan keçirmək, həmçinin müxtəlif oyun və əyləncələrə qatılmaq imkanı əldə edəcəklər. Bundan əlavə, şirkət yarış günlərində "Bakcell” tribunası yaxınlığında yerləşən əyləncə zonasında öz innovativ məhsul və xidmətlərini tamaşaçılara təqdim edəcək.
 
"Bakcell” artıq üçüncü ildir ki, "Formula 1” üzrə Azərbaycan Qran Prisinin rəsmi tədbir sponsorudur.
 
"Bakcell” haqqında
"Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə  verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
 
"Bakcell” müxtəlif  ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol