• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əhalinin təbii artımı azala bilər

Azərbaycanda əhalinin təbii artımı azala bilər
05.02.2014 09:48
Azərbaycanda 10-12 ildən sonra əhalinin təbii artımının azalması meyli müşahidə edilə bilər. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov deyib.Onun sözlərinə görə, müstəqillik dövrünün ilk illərində əhalinin təbii artımı ciddi surətdə aşağı düşüb. 1993-cü ildən başlayaraq, Azərbaycanda təbii artım kəskin azalıb. Bu proses 10 il ərzində, yəni 2003-cü ilə qədər davam edib.2003-cü ildən sonra həyata keçirilən tədbirlər, aparılan islahatlar təbii artımın nizamlanmasına müəyyən təsir göstərib: "Düzdür, əvvəlki səviyyəyə çatmasa da, 2003-cü ildən sonra doğulan uşaqların sayı artıb. Bu, 1990-cı il səviyyəsinə nisbətən az olsa da, artım yüksəlib".Alim qeyd edib ki, 1990-91-ci ildə respublikada doğulan uşaqların sayı 190 min nəfərdən çox olub. Ancaq 2003-cü ilədək bir ildə doğulan uşaqların sayı 70-80 min nəfərə qədər azalıb. 2012- 2013-cü illərdə isə doğulan uşaqların sayı bir ildə 110-112 min nəfərədək artıb.Z.Eminov deyib ki, Azərbaycanda təbii artım hesabına əhalinin sayı ildə 100 min nəfərdən bir qədər çox artır. Hazırkı artım əhalinin sayının çoxalmasını təmin edir: "Dünyanın əksər ölkələrində, əsasən də Qərbi Avropada əhalinin təbii artımı çox aşağı səviyyədədir. Bu, demək olar ki, əhalinin artımını təmin etmir. Bizdə artım hələlik təmin edilir. Ancaq bir demoqrafik nəsil təxminən 10 ildən sonra nikah yaşına çatanda təbii artımın azalması meyli müşahidə olunacaq. Çünki bir ildə doğulmuş uşaqların sayı 50-70 min nəfər az olubsa, bu, cavanların sayında da özünü göstərəcək".Z.Eminov bildirib ki, əhalinin təbii artımının azalmasının qarşısını almaq üçün dövlət tərəfindən tədbirlər görülməlidir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol