• $
  • €
  • ₽
  • ₺
  • £

Əmək Məcəlləsi sərtləşdirildi

Əmək Məcəlləsi sərtləşdirildi
04.02.2014 15:42
Fevralın 3-də Azərbaycan Prezidenti İlham Əliyev “Əmək Məcəlləsinə dəyişikliklər haqqında” 27 dekabr 2013-cü il tarixli Qanunun təsdiqi barədə sərəncam imzalayıb.Oxu.Az-ın verdiyi məlumata görə, Əmək Məcəlləsindəki dəyişikliklərdən sonra əsas yenilik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində elektron informasiya sisteminin yaradılmasının nəzərdə tutulmasıdır.Artıq işçilərin qəbulu zamanı işəgötürən uyğun əmək müqaviləsinə dair nəticəni təsdiq etməli və bu zaman elektron formada bildiriş (bildiriş 1 gündən gec olmamaq şərtilə göndərilməlidir) almalıdır.Bununla yanaşı, əmək müqaviləsində edilmiş istənilən dəyişiklik qeydiyyatdan keçəcək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron-informasiya sistemi vasitəsilə izlənəcək.Bu Qanun əhalinin əmək məşğulluğu sahəsində şəffaflığın təmin olunmasına və təqaüdlərin, eləcə də digər sosial ödənişlərin hesablanması üçün əhəmiyyətli məlumat bazasının yaradılmasına imkan verəcək.Bundan əlavə, qanunda əmək müqavilələrinin yazılı formada tərtib olunması da qeyd olunur. Bu, adətən, dövlət orqanlarına şamil olunur.Qanunun tələblərinin pozulduğu təqdirdə nəzərdə tutulan cəzalar həm cinayət, həm də inzibati-hüquq məcəllələri çərçivəsində müəyyən olunub.İşə 10 və daha çox işçi cəlb edən işəgötürən əmək müqaviləsini rəsmiləşdirmədiyi təqdirdə onu 7-10 min manat həcmində cərimə (ilk qanun pozuntusunda) və ya 3 il müddətində azadlıqdan məhrumetmə cəzası gözləyir.İkinci dəfə eyni məsələ üzrə qanun pozuntusu nəzərə alındıqda isə daha sərt cəza tədbirləri tətbiq olunacaq. Belə ki, bu zaman işəgötürən 3 ildən 7 ilədək azadlıqdan məhrum oluna bilər.Müqavilə olmadan işləməyə razılıq verən işçiləri də cərimə gözləyir. Qanunun tələbinə əməl etməyən işçilər inzibati məsuliyyətə cəlb olunacaq və aşağıda qeyd olunan formalar şəklində cərimə ödəyəcəklər: Fiziki şəxslər – 1-3 min manat, məsul şəxslər – 3-5 min manat, hüquqi şəxslər – 20-25 min manat.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol