• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının sərhədi dəyişdirilir - SİYAHI

Bakının sərhədi dəyişdirilir - SİYAHI
04.02.2014 15:00
Azərbaycanda Bakı şəhərinin və Abşeron rayonunun sərhədlərinin yenidən müəyyənləşdirilməsi, buradakı yaşayış məntəqələrinin statusuna yenidən baxılması təklif edilir. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov Trend-ə bildirib ki, Bakının sərhədləri yenidən müəyyən olunsa, onda şəhərin 2-3 inzibati rayonu ola bilər.Onun sözlərinə görə, Bakıya bilavasitə birləşmiş olmayan, 15-20 min əhalisi olan Sahil qəsəbəsi şəhər olmalıdır. Həm Bakıdan ayrı olduğu, həm də əhalisinin sayı çoxaldığı üçün Mərdəkan, Şüvəlan da şəhər olmalıdır.Bakının Zabrat və Pirşağı qəsəbələri arasında yerləşən Abşeron rayonunun Məhəmmədi kəndi xeyli genişləndiyi üçün bura artıq kənd deyil, qəsəbə adlandırılmalıdır. Eyni zamanda, Məhəmmədi Abşerona deyil, Bakıya tabe olmalıdır.Əhalisi artmış Biləcəri, Bakıxanov, Qaracuxur qəsəbələri də şəhərin bir mikrorayonu, yaxud yaşayış massivi olmalıdır. Bununla yanaşı, Əhmədli və Keşlə də yaşayış massivi olmalıdır: "Əhmədli qəsəbəsi Bakı şəhərinin mərkəzində yerləşir, xüsusi yaşayış məntəqəsi kimi götürülür. Artıq bu məsələ ləğv olunmalıdır. Biləcərinin də qəsəbə adlandırılması düzgün deyil. Bura da yaşayış massivi olmalıdır".Bakıxanov, Biləcəri, Qaraçuxur, Rəsulzadə artıq şəhərin icində yerləşdikləri üçün qəsəbə adlandırılmalı deyil, onlar artıq Bakının yaşayış massivi olmalıdırlar.Alim hesab edir ki, yaşayış məntəqələrinin statusuna yenidən baxılarsa, şəhərin genişləndirilməsinin də qarşısı alınar.Onun sözlərinə görə, hazırda respublika əhalisinin təxminən 30 faizi Bakıda yaşayır. Əhalinin Bakıya gəlməsi, yəni miqrasiya prosesi hələ də davam edir. Dünyanın hər yerində isə əhalinin bir mərkəzdə toplanmasının qarşısı alınır. Əhalinin Bakıya gəlməsinə ehtiyac qalmaması üçün Azərbaycanın böyük sənaye mərkəzlərinin, rayonlarının, şəhərlərinin inkişafını sürətləndirmək lazımdır.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol