• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi
29.05.2020 06:30
Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub. APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyində ötən gün keçirilən geniş kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov bir neçə rayonun polis rəisinin fəaliyyətini ciddi tənqid edib. R. Usubov Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılovu küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırıb. M. Mikayılovun səlahiyyətlərini hazırda idarənin əməliyyat işləri üzrə rəis müavini Akif Nəzərov icra edir. R. Usubov, həmçinin Neftçala Rayon Polis Şöbəsinin rəisi Rza Hacıyev və Füzuli Rayon Polis Şöbəsinin rəisi Kamandar Əsədovun də fəaliyyətini ciddi tənqid edib və onların rəhbəri olduğu polis şöbələrində yoxlamaların aparılması barədə aidiyyəti şəxslərə tapşırıq verib. Yoxlamaların nəticəsindən asılı olaraq həmin polis rəisləri barəsində də ölçü götürüləcəyi bildirilib. Bundan başqa, Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin rəisi Qomboy Zeynalov da yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Həmin idarənin rəisi vəzifəsini icra etmək Əkbər Ələkbərliyə həvalə olunub. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol