• $
  • €
  • ₽
  • ₺
  • £

COP29-un media tərəfdaşları açıqlanıb

COP29-un media tərəfdaşları açıqlanıb
08.11.2024 19:50
"FT Live”, "Project Syndicate”, "Newsweek”, "CBC” və "ANEWZ” COP29-un rəsmi media tərəfdaşları elan edilib.

Bu barədə COP29 Əməliyyat Şirkətinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, COP29 media tərəfdaşları COP29 çərçivəsində aparılacaq müzakirələri təşviq etmək və iqlim fəaliyyətinə təkan vermək baxımından vacib rol oynayacaqlar. Qlobal auditoriya ilə COP29 arasında təmas yaratmaq üçün tədbiri daha əlçatan və inklüziv edən rəqəmsal texnologiyalardan istifadə olunacaq.

Media tərəfdaşları konfransın əhatə dairəsini genişləndirərək COP29 məzmununu rəqəmsal kanallar, o cümlədən sosial media və onlayn platformalar vasitəsilə bütün dünyaya yayımlayacaq. Bu yanaşma qlobal miqyasda milyonlarla insanın COP29-un müzakirə və nəticələrinə cəlb olunmasına şərait yaradır və məkandan asılı olmayaraq, tədbiri müxtəlif auditoriyalar üçün daha əlçatan edir.

Bundan əlavə, COP29-da media tərəfdaşlarının öz proqramları da təqdim olunacaq. Belə ki, "FT Live” telekanalının "FT Sessions at COP” verilişində Bakı Stadionundan panel sessiyalarının canlı yayımı təşkil olunacaq. Bu sessiyalar mühüm iqlim məsələlərinin həlli ilə bağlı ən son problemləri, habelə hadisələrin gedişatını və görülən işlər çərçivəsində əldə olunan irəliləyişləri müzakirə etmək üçün siyasətçiləri, şirkət rəhbərlərini və iqlim ekspertlərini bir araya gətirəcək.

"Project Syndicate” media qurumu mühüm qlobal iqlim problemlərinə dair dinamik müzakirələr platforması ilə çıxış edəcək. Bu panel sessiyaları zamanı çoxtərəfli inkişaf bankları və maliyyə institutlarının çağdaş dövrünün bərabər maliyyələşdirmə ehtiyaclarına necə uyğunlaşdığı, qlobal iqtisadi problemlər fonunda İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Panelinin (IPCC) ən son hesabatının təsirləri və iqlim fəaliyyətinə dəstək verilməsində generativ süni intellektin perspektiv rolu araşdırılacaq.

"Newsweek” isə özünün "Yaşıl keçidin əsas istiqamətləri” seriyasının üçüncü buraxılışını təqdim edəcək və burada həm dayanıqlılıq, həm də təmiz texnologiyalar sahəsində aparıcı simaları bir arada toplayacaq.
Azərbaycanda təmsil olunan "CBC” və "ANEWZ” media qurumları isə həm Mavi, həm də Yaşıl Zonalar üzrə əsas müzakirələrin və hadisələrin nümayiş etdirilməsində mühüm rol oynayacaq və COP29 iqlim fəaliyyəti və mesajlarının qlobal auditoriya çatdırılmasını gücləndirəcək.

Bununla yanaşı, Yaşıl Zonada tədbirləri qlobal müstəvidə, o cümlədən uzaq auditoriyalar üçün yayımlamaq məqsədilə lazımı avadanlıqlarla təchiz edilmiş Təsir Məkanı (Impact Stage) fəaliyyət göstərəcək. Bu məkanda gündəlik 30 dəqiqəlik canlı yayımda "Daily Show” verilişi təqdim olunacaq. Bundan əlavə, COP29-un gənc auditoriya üçün hazırlanmış canlı panel və müzakirələrdən ibarət olan "Extreme Hangout” zonası da burada təşkil olunacaq

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol