Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
11.11.2024 15:13
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sarı xəbərdarlığa uyğun olaraq sabah Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızı, Neftçala, Hacıqabulda şimal-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.